İspaniya

Sabiq fizioterapevt 4 il həbs cəzası aldı  

İspaniya Ali Məhkəməsi “Barselona”nın keçmiş fizioterapevtinin 4 il müddətinə azadlıqdan məhrum edilmiş cəzasını qüvvədə saxlayıb.

Aut.az xəbər verir ki, bu barədə “Marca” məlumat yayıb.

Mənbənin sözlərinə görə, hadisə 2016-cı ildə baş verib. “Barselona”nın baş və boyun nahiyəsində ağrılardan narahat olan əməkdaşı fizioterapevtin xidmətinə müraciət edib.

Bildirilir ki, seans zamanı fizioterapevt qadının intim yerlərini masaj etməyə başlayıb.

Qeyd olunur ki, hadisədən sonra Kataloniya klubunun əməkdaşı anksiyete sindromu keçirib və iki aylıq məzuniyyətə çıxıb. Prosesdə müdafiə tərəfi müalicə üçün fizioterapevtin hərəkətlərinin zəruri olduğunu bildirsə də, hakim bu versiyanı rədd edib.

Beləliklə, İspaniya Ali Məhkəməsi Kataloniya məhkəməsinin çıxardığı hökmü qüvvədə saxlayıb.

Məhkum 30 il “Barselona”da işləyib.