“Sabah” bu gün UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsində cavab oyununu keçirib.
Aut.az xəbər verir ki, Murad Musayevin baş məşqçi olduğu komanda “Bank Respublika Arena”da Latviyanın RFS komandasını qəbul edib.
Bakı təmsilçisi lk qarşılaşmada rəqibini 2:0 hesabı ilə məğlub edib. “Bayquşlar” evdə də qələbə qazanaraq, tarixlərində ilk dəfə qatıldıqları avrokuboklarda mərhələ adlayıblar.
UEFA Konfrans Liqası
2-ci təsnifat mərhələsi, cavab oyunu
3 avqust
Sabah – RFS 2:1
Qol: Coy Lens Mikels, 77. Emmanuel Apeh, 90+4 – Yanus İkauniyek, 67.
Baş hakim: Fedayi San (İsveçrə)
İlk oyun – 2:0
“Bank Respublika Arena”
Sabah: 1. Yusif İmanov, 2. Amin Seydiyev, 3. Con İrasabal, 4. Elvin Camalov (k), 7. Boyan Letiç, 10. Aleksey İsayev, 12. Vensan Till, 15. Kristian da Silva, 18. Davit Volkov, 20. Coy Lens Mikels, 44. Sofian Çakla.
Ehtiyat oyunçular: 16. Rüstəm Samiqullin, 55. Nicat Mehbalıyev, 5. Rəhman Daşdəmirov, 6. Şakir Seyidov, 9. Anatoli Nuriyev, 17. Tellur Mütəllimov, 19. Emmanuel Apeh, 21. İldar Ələkbərov, 24. Maruan Hadudi, 27. Jarl Marqarita, 29. Ceyhun Nuriyev, 77. Namik Ələskərov.
Baş məşqçi: Murad Musayev.
RFS: 13. Yevgeni Neruqal, 3. Artur Zyuzin, 9. Yanus İkauniyek, 10. Emerson, 11. Robert Savalniyek. 19. Andrey İliç, 23. Herdi Prenqa, 25. Pyotr Mareş, 27. Adam Marxiyev, 43. Jiqa Lipuşçek (k), 52. Martsis Oş.
Ehtiyat oyunçular: 1. Pavel Şteynbor, 16. Sergey Vilkov, 2. Vladislav Sorokin, 7. İsmael Diomande, 8. Daniel Ontujan, 17. Sedrik Kuadio, 18. Dmitri Zelenkov, 22. Darko Lemayiç, 70. Draqolyub Saviç, 92. Vitali Yaqodinski, 99. Qleb Zaleyko.
Baş məşqçi: Viktor Moroz.