De Byazinin tərcüməçisi niyə sevinir?
Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi maraqlı açıqlama verib.
Aut.az xəbər verir ki, italiyalı mütəxəssis “SKY Sport”a açıqlamasında tərcüməçisi Fərid Abdullayevin Belçika millisinin ulduz futbolçusu Romelu Lukakunun Bakıya gəlməsinə sevindiyini deyib. O bildirib ki, AVRO-2024-ün seçmə mərhələsində Belçika ilə keçirəcəkləri oyunda Lukakunun start heyətində meydana çıxacağını gözləyir:
“Lukakunun bizimlə matçda ilk dəqiqələrdən meydanda olacağını düşünürəm. Texniki zonamızda oturan tərcüməçim “Roma”nın böyük fanatıdır. O, Lukakunun Bakıya gəlməsinə sevinir”.
Qeyd edək ki, sentyabrın 9-da “Dalğa Arena”da keçiriləcək Azərbaycan – Belçika qarşılaşması saat 17:00-da başlayacaq.
