İngiltərə

“Tottenhem” 70 milyon ayırdı: “Siti” nə deyəcək?

“Tottenhem” klubu “Mançester Siti”nin hücumçusu Savinyonu almaq üçün 70 milyon avrodan çox pul xərcləməyi planlaşdırır.

Aut.az xəbər verir ki, bu barədə jurnalist Fabritsio Romano sosial şəbəkədə yazıb.

Mənbənin sözlərinə görə, “Spurs” transferi pəncərə bağlanana qədər başa çatdırmağa ümid edir. 21 yaşlı braziliyalı forvard London klubuna keçməyə maraq göstərir və qərar indi “Siti”dən asılıdır.

Ötən mövsüm Savinyo Premyer Liqada 29 oyun keçirib, 1 qol vurub və 8 məhsuldar ötürmə edib.

Aut.az