İngiltərə

“Siti”nin ulduz yetirməsi MY-yə keçir?

“Çelsi”nin yarımmüdafiəçisi Koul Palmer yaxın zamanda London klubunu tərk edə bilər.

Aut.az xəbər verir ki, “The Sun”ın məlumatına görə, Palmer Londonda özünü rahat hiss etmir və doğma Mançesterdə geri dönməyə hazırdır. Onun yetirməsi olduğu “Mançester Siti”nin əzəli rəqibi “Mançester Yunayted”ə keçəcəyi barədə yayılan söz-söhbətlər ciddi şəkildə artıb.

Bildirilib ki, İngiltərə millisinin üzvü London təmsilçisindən ayrılmağa hazırdır. Palmer uşaqlıqda “Yunayted”in azarkeşi olub.

Palmer 2023-cü ilin yayında “Mançester Siti”dən “Çelsi”yə 40 milyon funt sterlinq müqabilində keçdikdən sonra potensialını nümayiş etdirib. O, 110 oyunda 48 qol vurub və 29 məhsuldar ötürmə edib. 23 yaşlı futbolçu son dövrlərdə ən yüksək formasını göstərməsə də, cari mövsümdə 849 dəqiqə oyun vaxtında 5 qol vurmağa nail olub.

Aut.az