İngiltərə

Əfsanə “Yunayted”dəki qəribəlikdən danışdı: İşə gedən ölü kimi idi

İngiltərə futbolunun əfsanəsi Alan Şirer “Mançester Yunayted”in baş məşqçisi Erik ten Haqın istefaya göndərilməsini şərh edib.

“Biz sadəcə onun işdən çıxarılmasını gözləyirdik. O, klubda “hamının eyni dalğada olduğunu” söylədi, lakin bu doğru deyil. Onlar eyni dalğada  ola bilməzdilər, çünki yayda artıq ona əvəzedici axtarırdılar. Bundan sonra işə o, işə gedən ölü kimi görünürdü.

Qəribədir ki, rəhbərlik yeni məşqçi axtarışında idi və eyni zamanda ten Haqla yeni müqavilə imzaladı. Yeni transferlər söz verdilər, oyunçular aldılar və bir-iki aydan sonra qovdular. Qəribədir”, – Şirer deyib.

Aut.az