İngiltərə

“Siti”nin yay planı: A Seriyasında iki, Portuqaliyadan bir futbolçu

“Mançester Siti” yay transfer pəncərəsində heyətini xeyli gücləndirməyi planlaşdırır.

Aut.az xəbər verir ki, “Sky Sports”ın məlumatına görə, “şəhərlilər” üç oyunçunu almaqda maraqlıdırlar: “Yuventus”un müdafiəçisi Andrea Kambiaso , “Torino”nun yarımmüdafiəçisi Samuele Ricci və Portuqaliya “Sportinq”in müdafiəçisi Osman Diomande.

Xatırladaq ki, “Mançester Siti”nin “Yuventus”un müdafiəçisi ilə maraqlanması qış transfer pəncərəsi zamanı bildirilmişdi. Mənbənin sözlərinə görə, “şəhərlilər” Kambiasonu almaq üçün yayda daha bir cəhd edəcək.

“Torino”nun yarımmüdafiəçisi Samuele Riççinin ətrafı ilə də danışıqlara başlanıldığı bildirilir. Nəşrin yazdığına görə, “klubun yeni idman direktoru Uqo Viana mövqeyində dövrün ən istedadlı oyunçularından biri hesab etdiyi “Sportinq mərkəz müdafiəçisi Diamonde ilə müqavilə imzalamaqda şəxsən maraqlıdır.

Aut.az