Avropa nəhəngləri 17 yaşlı istedad üçün yarışacaqlar
“Mançester Yunayted”, “Arsenal”, “Tottenhem”, “Liverpul”, “Brayton”, “Brentford” və “Aston Villa” kimi İngiltərə klubları “Nant”ın 17 yaşlı mərkəz müdafiəçisi Tilel Tatiyi izləmək üçün skautlarını göndəriblər.
Aut.az xəbər verir ki, bu barədə Caught Offside məlumat yayıb.
Mənbənin məlumatına görə, fransız futbolçuya “Barselona” da maraq göstərir. Kataloniya klubu Tatiyə müdafiə xətti üçün uzunmüddətli investisiya kimi baxır. Bildirilir ki, “Nant” 17 yaşlı müdafiəçini satmağa tələsmir.
Bu mövsüm Tati Liqa 1-də 6 oyunda iştirak edib. Futbolçunun klubla müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir. “Transfermarkt” portalının məlumatına əsasən, oyunçunun bazar dəyəri 6 milyon avrodur.
Aut.az
