“Siti”dəki maliyyə pozuntularına Kloppun reaksiyası: Onsuz da Pep ən yaxşıdır
“Liverpul”un baş məşqçisi Yurgen Klopp son 3 ildə İngiltərə çempionu olan “Mançester Siti”nin 115 maliyyə pozuntusunda ittiham olunmasına münasibət bildirib.
Aut.az xəbər verir ki, Klopp bu ittihamlara baxmayaraq Qvardiolanın dünyanın ən yaxşı məşqçisi olduğunu bildirib.
“Bu ittihamlar haqqında hər kəs danışır. Amma bunun nə demək olduğunu bilmirəm, anlayışım yoxdur. Mən yalnız onların yerini bilirəm (turnir cədvəlini nəzərdə tutur). “Mançester Siti”də baş verənlərdən asılı olmayaraq, Pep Qvardiola dünyanın ən yaxşı məşqçisidir, əsl vacib olan budur. Bu kluba hansısa başqa mütəxəssis təyin etsəniz, o, ardıcıl 4 dəfə Premyer Liqanın qalibi olmayacaq. Bu, onun da, komandanın da xidmətidir.
Bu o deməkdirmi ki, onlar istədiklərini edə bilərlər? Yox. Amma dəqiq nə etdiklərini bilmirəm. Təbii ki, hamı kimi mən də nə vaxtsa həqiqəti bilmək istərdim. Amma o vaxta qədər başqa yerdə olacağam”, – deyə Klopp bildirib.
Xatırladaq ki, 2023-cü ilin fevralında Premyer Liqa “Mançester Siti”ni 2009/2010 mövsümü ilə 2017/2018 mövsümü arasında 115 maliyyə qaydalarını pozmaqda ittiham edib.
Aut.az
