Hələ bir həftə var, onlar gəlib 200 milyon verə bilərlər
“Arsenal”ın sabiq futbolçusu Pol Merson “Liverpul”un Mo Salahı 200 milyona sata biləcəyinə inanır.
Futbolçu ilə “Əl-İttihad” maraqlanır.
“Məhəmməd Salah dünyanın ən yaxşı futbolçularından biridir.
Əgər onu indi 150 milyon funta satsanız, “Liverpul” yerinə kimi götürə bilər? Digər oyunçular Salahdan yaxşı olmayacaq.
Ancaq digər tərəfdən, “Liverpul” bu mövsüm liqanı qazanacaqmı? Düşünmürəm. Pulu götürüb, yenidənqurmaya cəhd etməyə dəyər.
Səudiyyə Ərəbistanında transfer pəncərəsinin bağlanmasına hələ bir həftə var və onlar gəlib 200 milyon verə bilərlər. 200 milyon funt-sterlinqdən imtina etmək çətindir. 31 yaşlı futbolçu üçün belə puldan necə imtina edə biləcəyinizi anlamıram”, – Merson deyib.
Aut.az
