“Komandada zəif oyunçular var” deyən klub sahibinə belə cavab verdi
“Mançester Yunayted”in müdafiəçisi Dioqo Dalot “qırmızı şeytanlar”ın həmsahibi Cim Ratkliffin komandada aşağı keyfiyyətli oyunçuların olduğunu və onların çox maaş aldığını deməsinə münasibət bildirib.
Aut.az xəbər verir ki, “Goal” Dalodan sitat gətirib:
“Əgər sən yüksək səviyyəli futbolçusansa, tez uyğunlaşmağı bacarmalısan. Bu, vaxt tələb edir, çünki son bir neçə ildə komanda fərqli oynayırdı. Xüsusən də INEOS-un kluba gəlişindən sonra dəyişiklik dövrünün gəldiyini görmək olar (Ratkliff INEOS kimya şirkətinin sədri və baş icraçı direktorudur). Rəhbərliyin komandanı yenidən qurmaq və zirvəyə qaytarmaq arzusu var. Düşünürəm ki, yaxın bir neçə ildə buna nail olacağıq. İndi komanda bir neçə ay əvvəlkindən daha güclüdür.
Belə bir klubda oynamaq çətindir, çünki daim inkişaf edib qalib gəlməlisən. Bununla belə, düşünürəm ki, son iki matçda fərqli bir şey müşahidə oluna bilərdi. Fərqli oyun üslubları var idi, amma ümumilikdə, düşünürəm ki, biz daha da yaxşılaşırıq”.
Aut.az
