Dünya futboluİngiltərə

Komanda yoldaşı qol vuranda Ronaldo sevinmir, Amma Haaland… – Qalmaqallı açıqlama

Ferran Soriano Erlinq Haalandla Kriştiano Ronaldonun fərqi haqda danışıb.

Aut.az xəbər verir ki, “Mançester Siti”nin baş direktoru Ronaldonun paxıl olduğunu iddia edib.

“Ronaldonun komanda yoldaşı qol vursa, bayram etməz. Çünki Kriştiano düşünür: “Mən qol vurmalıydım”.

Bu onun pis insan olması deyil. Sadəcə onun mentalitetidir. Erlinq isə fərqlidir. Erlinq çoxlu qol vurur, lakin digər komanda yoldaşlarının bunu etməsi də onun xoşuna gəlir. Bu təsiredicidir”, – Ferran deyib.

Aut.az