Dünya futbolu

Messi Avropaya qayıdır: şərtlər açıqlandı

“İnter Mayami”nin hücumçusu Lionel Messi hələ də Avropa klubunda oynaya bilər.

Aut.az bildirir ki, “Inter Miami FC Hub”-ın sosial şəbəkələrdə verdiyi məlumata görə, Amerika komandası MLS-in pley-off mərhələsinə vəsiqə qazana bilməsə, “İnter Mayami”nin tanınmış oyunçuları qısamüddətli icarə əsasında Avropaya gedə biləcəklər. Beləliklə, argentinalı ulduz Lionel Messinin Avropa klublarından birinə getməsi mümkündür.

Lionel Messi yay transfer pəncərəsində “İnter Mayami”yə keçib. Futbolçunun klubla müqaviləsi 2025-ci ilin dekabrına qədərdir. Bu mövsüm futbolçu bütün turnirlərdə 12 matçda iştirak edib, 11 qol vurub və 5 məhsuldar ötürmə edib.

Aut.az