“Lion”un baş məşqçisi o olacaq
“Milan”ın və “Napoli”nin keçmiş baş məşqçisi Cennaro Qattuzo “Lion”un yeni baş məşqçisi olacaq.
Bu barədə jurnalist Canluka Di Martsio öz rəsmi saytında məlumat yayıb.
Mənbənin sözlərinə görə, tərəflər razılığa gəliblər. İtaliyalı mütəxəssis əməkdaşlığın yekun detallarını razılaşdırdıqdan sonra “Lion”la müqavilə imzalayacaq.
Fransa klubunun bosslarının Qattuzonun tezliklə Fransaya getməsində maraqlı olduğu qeyd edilir. İtalyan mütəxəssis “Havr”la oyunda debüt edə bilər.
