AFFA İrəvandakı təxribatla bağlı UEFA-ya müraciət edəcək
Futbol üzrə Avropa çempionatının seçmə mərhələsi çərçivəsində İrəvanda keçirilən Ermənistan-Xorvatiya matçında meydan sahiblərinin təxribata əl atdığı barədə məlumat vermişdik.
Matçın ilk hissəsinin sonlarına doğru meydanda dronla separatçıların əski parçası uçurdulub.
AFFA bu məsələyə biganə qalmayıb. Qurum hadisəylə bağlı UEFA-ya şikayət edəcək.
Bu barədə Aut.az-a açıqlamasında AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Elnur Məmədli məlumat verib. O, hadisənin qəbuledilməz olduğunu bildirib.
