Dünya futboluÇempionlar Liqası

Di Maria Messini keçdi

“Benfika” Çempionlar Liqasının 5-ci turunda “Monako”ya 3:2 hesabı ilə qalib gəlib.

Aut.az xəbər verir ki, bu oyunda Portuqaliya təmsilçisinin vingeri Anxel Di Maria 2 asist edib. Bunun sayəsində argentinalı futbolçu turnirdə qola səbəb olan ötürmələrin ümumi sayına görə həmyerlisi Lionel Messini qabaqlayıb.

Di Marianın 41, Messinin 40 məhsuldar ötürməsi var.

Lider Kriştiano Ronaldodur – 42.

Aut.az