Ançelotti çalışdırdığı ən yaxşı futbolçuların adlarını açıqladı
Hazırda Braziliya milli komandasına rəhbərlik edən Karlo Ançelotti çalışdırdığı futbolçular arasında ən yaxşı hesab etdiklərinin adlarını açıqlayıb.
Aut.az xəbər verir ki, onun siyahısında Didye Droqba, Ronaldo Nazario, Kaka yer alıb. Ançelotti həmçinin “Real”dan Vinisius Junior, Luka Modriç, Toni Kroos və Kriştiano Ronaldonu da ən yaxşılar sırasında göstərib.
Qeyd edək ki, Ançelotti karyerası ərzində “Milan”, “Real”, “Çelsi”, PSJ və “Bavariya” kimi nəhəng klublara rəhbərlik edib.
Aut.az
