Dünya cempionatıDünya futbolu

Mərakeş DÇ-nin tarixində ən böyük qələbəni qazandı: 16:0

Noyabrın 9-da 17 yaşadək futbolçular arasında 2017-ci il dünya çempionatında Mərakeş və Yeni Kaledoniya komandaları arasında qrup mərhələsinin oyunu keçirilib.

Aut.az xəbər verir ki, qarşılaşma Afrika ölkəsi yığmasının 16:0 hesablı qələbəsi ilə başa çatıb. Mərakeşlilər ilk hissədə yeddi qol vurublar və fasilədən sonra top daha doqquz dəfə Yeni Kaledoniyalıların torunu silkələyiblər.

FİFA-nın mətbuat xidmətinin məlumatına görə, bu, 17 yaşadək futbolçular arasında dünya çempionatı tarixində ən böyük qələbədir.

Aut.az