Olimpiya çempionu Dünya çempionatından qovuldu: Şok səbəb – FOTO
2024-cü ilin Olimpiya çempionu, amerikalı yüngül atlet Koul Hoker Tokioda (Yaponiya) keçirilən Dünya Çempionatında 1500 metr məsafədə final yarışına çıxa bilməyib.
Aut.az xəbər verir ki, Hoker ikinci olduğu yarımfinal yarışında fiziki zorakılıq ittihamı ilə diskvalifikasiya edildi. Yarışın son metrlərində Koul iki qaçışçı arasında qalıb və mövqedən qaçmaq üçün dirsəklərindən istifadə edib və buna görə hakimlər onu cəzalandırıb.
ABŞ komandası buna etiraz edib, lakin “World Athletics” şikayəti qəbul etməyib.
Qeyd edək ki, Ümumdünya Atletika Qaydalarında deyilir ki, “itələmə idmançıya haqsız üstünlük verən və ya başqa idmançıya xəsarət və ya zərər vuran fiziki təmasdır”.
Aut.az

