28 illik dünya rekordunu qırdı
Polşada Brilyant Liqası mərhələsində kişilər arasında 3000 metr məsafəyə qaçış üzrə yarışlar keçirilib.
Aut.az xəbər verir ki, yarışın qalibi norveçli atlet Yakob İnqebrigtsen olub. O, keniyalı Daniel Komenin 1996-cı ildə təyin etdiyi 7:20,67-lik rekordunu üç saniyə qabaqlayaraq, 7 dəqiqə 17,55 saniyə ilə yeni dünya rekordu vurub.
Finiş xəttinə ikinci Efiopiya idmançısı Berihu Areqavi (7.21.28 saniyə), üçüncü isə onun həmyerlisi Yomif Kejelça (7.28.44) çatıb.
Aut.az
