Atletika

Bolt: Bu yeniliklə 100 metri 9,42 saniyəyə qaçardım

Yüngül atletika üzrə səkkiz qat olimpiya və 11 qat dünya çempionu, yamaykalı Useyn Bolt bildirib ki, butslardakı dişliklərin hazırkı səviyyəsi idmançıların sürətinə çox təsir edir.

Aut.az xəbər verir ki, Bolt belə dişliklərlə 100 metri 9,42 saniyəyə qaça biləcəyinə inanır. 100 metr məsafəyə qaçış üzrə dünya rekordu hələ də Useynə məxsusdur (9,58 saniyə), o, bunu 2009-cu ildə Berlində keçirilən Dünya Çempionatında müəyyənləşdirib.

“Mən təqaüdə çıxdıqdan sonra qaçmağa davam edən insanlardan biri Şelli-En Freyzer-Prays idi. Və mən mütləq fərq etdim: o, yeni dişliklərlə daha sürətli idi. Qaçmağa davam etsəydim, yəqin ki, daha sürətli qaçardım. Dişliklərin bu səviyyəyə çatacağını bilsəydim, bəlkə də qaçmağa davam edərdim, çünki bu səviyyədə sürətli yarışmaq əla olardı və düşünürəm ki, 100 m-i 9,42 saniyəyə qət edərdim”, – deyə Bolt “Lequipe” nəşrinə bildirib.

Aut.az