Atletika

Fantastika: Dünya rekordunu 15-ci dəfə yenilədi

İkiqat olimpiya çempionu Armand Duplantis dirəklə tullanma üzrə növbəti dünya rekordunu müəyyənləşdirib.

Aut.az xəbər verir ki, İsveçin Uppsala şəhərində keçirilən “Mondo” Classic turnirində atlet 6,31 metr hündürlüyündə planqanı aşmağı bacarıb.

Duplantis bununla da dünya rekordunu 15-ci dəfə yeniləyib. Onun əvvəlki göstəricisi – 6,30 metr olub. Armand bu nəticəni 2025-ci ilin sentyabrında Tokyo şəhərində keçirilən dünya çempionatında müəyyənləşdirilmişdi.

Bundan əlavə, isveçli atlet qapalı məkan yarışları üzrə də öz dünya rekordunu yeniləyib. Onun əvvəlki nəticəsi – 6,27 metr olub.

Aut.az