Atletika

Sevgilisini öldürən idmançı azadlığa buraxıldı

2013-cü ildə sevgilisi Reeva Steenkampı öldürməkdə təqsirli bilinən cənubi afrikalı paraqaçışçı Oskar Pistorius məhkəmənin qərarı ilə azad edilib.

Aut.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Mənbənin sözlərinə görə, Pistorius hazırda evindədir və özünü qapayıb. Sabiq idmançı şərti olaraq azadlığa buraxılıb.

Altıqat paralimpiya çempionu Pistorius 2013-cü il fevralın 14-də evindəki kilidli vanna otağının qapısına bir neçə atəş açaraq Steenkampı öldürüb. 2014-cü ildə paralimpiyaçı qəsdən adam öldürmədə təqsirli bilinərək 5 il müddətinə azadlıqdan məhrum edilib. Iakin bir ildən sonra ev dustaqlığına buraxılıb. Bu hadisə prokurorların bir sıra etirazlarına səbəb olub. Nəticədə 2017-ci ildə Pistorius qəsdən adam öldürmə ittihamı ilə 13 il 5 ay həbs cəzasına məhkum edilib. İdmançı cəzasının yarısını həbsxanada keçirib.