İnanılmaz fərqlə Olimpiya çempionu oldu – FOTOFAKT
Amerikalı idmançı Noa Laylz 100 metr məsafəyə qaçışda Parisdə Yay Olimpiya Oyunlarının çempionu olub.
Aut.az xəbər verir ki, onun nəticəsi 9,79 saniyə olub. Fotofinişə görə o, yamaykalı Kişan Tompsondan 0,005 saniyə daha sürətli olub. Amerikalı Fred Kerli bürünc medala (9,81) sahib çıxıb.
Maraqlıdır ki, finalçı olan bütün atletlərin nəticəsi 10 saniyədən aşağı olub.
Qeyd edək ki, 27 yaşlı Layls altıqat dünya çempionu və 2020-ci il Olimpiya Oyunlarının bürünc mükafatçısıdır.
Aut.az

