Atletika

Yenə özünəməxsus dünya rekordunu yenilədi

Olimpiya mükafatçısı və ikiqat dünya çempionu Femke Bol qapalı məkanda 400 metr məsafəyə qaçış yarışında qızıl medal qazanmaqla yanaşı, özünə məxsus olan dünya rekordunu da yeniləyib.

Aut.az xəbər verir ki, niderlandlı idmançı Qlazqoda (Böyük Britaniya) qapalı məkanda keçirilən dünya çempionatında planetin ən yaxşı göstəricisinə imza atıb. İdmançı 400 m məsafəni 49,17 saniyəyə qət edərək, bu ilin fevralın 18-də ölkə çempionatında müəyyən etdiyi əvvəlki 49,24 saniyəlik nəticəsini 0,07 saniyə yaxşılaşdırıb.

Maraqlıdır ki, sonuncudan əvvəlki dünya rekordu da Femka Bola məxsus olub. O, – 2023-cü ilin fevralında 49,26 saniyəlik nəticəyə imza atıb.