Atletika

Seksuallaşmadan şikayətinən idmançının videoları silindi

İspaniya Atletika Federasiyası (RFEA) son günlərdə “YouTube”da qadın idmançıların “cinsəlləşdirildiyi” 600 videonu silməyə nail olub.

Aut.az xəbər verir ki, bu barədə “Relevo” məlumat yayıb.

Videoların silinmməsinə səbəb dünya şöhrətli atlet Fatimə Diamenin “YouTube” və digər sosial şəbəkələrdə bədəninin “seksuallaşmasından” şikayətlənməsi səbəb olub. Diame “bu insanlar idmançıların bədənlərindən istifadə edir və ondan pul qazanırlar”, – deyə bildirib. Qeyd edib ki, onun sözügedən videolarla bağlı şikayətləri heç bir nəticə vermir.

Foto: Fatimə Diamenin sosial şəbəkələri

Bundan sonra RFEA hərəkətə keçib. Bunun nəticəsi kimi videolar və onları yayımlayan kanalları silinib. Görüntülərin əksəriyyətinin qurbanı uzunluğa və üç təkanla tullanmada yarışan Fatima Diame, qaçışçı Maribel Peres və bəzi azyaşlı idmançılar olub.

Aut.az