Atletika

Daha bir idmançı müharibədə həlak oldu

İyunun 17-də Donetsk vilayətinin Pokrovski istiqamətində gedən döyüşlər zamanı Ukrayna uğrunda savaşan 26 yaşlı ukraynalı atlet, disk atma üzrə gənclər arasında ölkə çempionu və böyüklər arasında mükafatçı, Ukrayna Milli Qvardiyasının Xüsusi Təyinatlı Mərkəzinə bağlı “Omega” xüsusi bölməsinin əsgəri Vitali Rımaruk həlak olub.

Aut.az xəbər verir ki, Vitali Rımaruk 1998-ci il sentyabrın 13-də İvano-Frankovsk vilayətinin Nadvirnyan rayonu, Delyatin qəsəbəsində anadan olub. O, əvvəlcə yerli məktəbi, sonra isə Lvov Bədən Tərbiyəsi və İdman Universitetini bitirib.

Cəmi iki il əvvəl Vitali hələ də məşqlərə davam edir və yarışlarda iştirak edirdi. Onun həyat yoldaşı və azyaşlı qızı qalıb. Ailəsi Lvov vilayətində yaşayırdı.

Vitali Rımarukun hərbi rütbəsi kiçik çavuş idi. O, “Omega” xüsusi təyinatlı bölməsinin 4-cü ayrıca desant-diversiya dəstəsinin 4-cü paraşüt-desant xüsusi təyinatlı qrupunun ilk döyüş qrupunun zabiti idi.

Ukrayna Yüngül Atletika Federasiyası bəyanat yayaraq bildirib:

“Qəhrəmanın ailəsinə dərin hüznlə başsağlığı veririk və onun cəsarətinə, sədaqətinə görə təşəkkür edirik. Məhz onun kimi insanların sayəsində biz yaşamağa və mübarizəni davam etdirməyə ümid edirik. Dünya ictimaiyyətini təcavüzkar dövlət tərəfindən törədilən daha bir cinayətə diqqət yetirməyə çağırırıq. Bu baş verməməli idi. Bu, Ukrayna yüngül atletika ailəsinin ürəyini parçalayacaq daha bir itkidir”.

Aut.az