37 illik dünya rekordu qırıldı
Yaroslava Maquçi qadınlar arasında hündürlüyə tullanma üzrə dünya rekordunu yeniləyib.
Aut.az xəbər verir ki, ukraynalı atlet hündürlüyə tullanma yarışlarında 2,10 m həddinə çatan birinci idmamçı olub. Maquçi bu uğura Parisdə keçirilən “Diamond League” mərhələsində nail olub.
Qadınlar arasında hündürlüyə tullanma üzrə dünya rekordu 37 il idi ki, qırılmırdı. Əvvəlki nəticə 1987-ci ildə 2,09 m hündürlüyə çatan bolqar Stefka Kostadinova məxsus idi.
Aut.az
