Atletika

28 yaşlı atlet öldü

Böyük Britaniyanın keçmiş yüngül atleti Robbi Fitsqibbon 28 yaşında vəfat edib.

Aut.az xəbər verir ki, “Brayton” qaçış klubunun məlumatına görə, idmançı oktyabrın 7-də dünyasını dəyişib. Onun ölüm səbəbi barədə məlumat verilməyib.

İdmançının özü etiraf etmişdi ki, 2022-ci ildə ona psixoz diaqnozu qoyulub.

Fitsqibbon orta və uzun məsafəyə qaçış üzrə ixtisaslaşıb. 2019-cu ildə Qlazqoda keçirilən qapalı məkanda Avropa çempionatında, eləcə də Briliant Liqada yarışıb.

Aut.az