DÇ-2022-nin gümüş mükafatçısına ağır cəza: Qaydaları pozub
Yüngül atletika üzrə müstəqil antidopinq təşkilatı “Athletics Integrity Unit” (AIU) yamaykalı sprinter Kristofer Teyloru 30 ay müddətinə diskvalifikasiya edib.
Aut.az xəbər verir ki, o, təxminən bir il əvvəl tələb olunan yarışdankənar nəzarətdən keçməməklə bağlı antidopinq qaydalarını pozub.
Teylor 2025-ci ilin mayında yarışlara qayıda biləcək. Beləliklə, o, 2024-cü ildə Parisdə keçiriləcək Olimpiya Oyunlarını buraxacaq.
Taylor sosial media səhifəsində “ERANIN SONU” sözlərini yazaraq paylaşım edib.
Yamaykalı 2022-ci il Dünya Çempionatında 4×400 m estafetdə gümüş qazanan komandanın tərkibində idi. Həmin il Şimali Amerika, Mərkəzi Amerika və Karib dənizi çempionatında 400 m məsafəyə qaçışda qızıl və 4×400 m estafetdə gümüş medal qazanıb.
Aut.az
