Olimpiya çempionu titulunu qoruya bilməyəcək: Bir səhvə görə
Tokio Olimpiadasının 800 metr məsafəyə qaçış çempionu Atinq Mu titulunu itirib.
Aut.az xəbər verir ki, buna ABŞ-da seçmə yarış zamanı yıxılması səbəb olub.
22 yaşlı Mu startdan sonra zolaq dəyişdirərkən ayağı büdrəyərək yerə sərilib. Lakin ayağa qalxaraq finişə doğru qaçıb. Yekun nəticədə Mu yarış lideri Nia Akinsə 22 saniyədən çox fərqlə uduzub. Bundan sonra göz yaşları içində paltardəyişmə otağına gedib.
Uğursuzluğa görə Parisdə Olimpiya çempionu titulunu qoruya bilməyəcək.
Qaçışçının məşqçisi Bob Kersi, Munun itələndiyini və buna görə etiraz etdiyini söyləyib. Onun sözlərinə görə, Mu yıxılarkən topuğunu da zədələyib.
ABŞ Atletika Federasiyasının qaydalarına əsasən, seçim nəticələrinə əsasən ilk üç yeri tutan idmançılar Olimpiadaya vəsiqə qazanırlar.
Qeyd edək ki, Mu Tokioda 4×400 m estafet yarışında da qızıl medal qazanıb və hələ də estafet komandasının tərkibində Olimpiadaya getmək şansı var.
O, həmçinin 2022-ci il Dünya Çempionatında 800 m məsafəyə qaçışda qızıl, bir il sonra üzrə bürünc medal qazanıb.
Aut.az
