Qvardiola bu mükafatı qazandı
“Mançester Sit”inin baş məşqçisi Pep Qvardiola İngiltərə Premyer Liqasında fevral ayının ən yaxşı məşqçisi seçilib.
Aut.az xəbər verir ki, ispaniyalı mütəxəllimin rəhbərliyi altında “şəhərlilər” ötən ay 5 oyunda çıxış edib, bunlardan 4-də qələbə qazanıb və 1 oyunda heç-heçə edib.
Komanda “Tottenhem” ilə 2:2 hesablı heç-heçə edəndən sonra “Liverpul”u 2:1, “Fulhem”i 3:0, “Nyukasl”ı 2:1 və “Lids”i 1:0 hesabı ilə məğlub edib.
Aut.az
