İngiltərə

“Yunayted”in ulduzu Londona köçür

“Mançester Yunayted”in braziliyalı yarımmüdafiəçisi Kazemiro Londona köçə bilər.

Aut.az xəbər verir ki, bu barədə “Topskills Sports” məlumat yayıb.

Mənbənin məlumatına görə, “Arsenal” mövsümün sonunda 34 yaşlı futbolçu ilə müqavilə imzalamaq üçün artıq Kazemironun agenti ilə əlaqə saxlayıb. “Arsenal”ın baş məşqçisi Mikel Arteta Kazemironu bəyənir və yarımmüdafiəçinin gəlişinin klubun titullar qazanmasına kömək edəcəyinə inanır.

Həmçinin iddia olunur ki, “Milan” və “Yuventus” da Kazemiro ilə əlaqə saxlayıb, lakin futbolçunun özü “Arsenal”a keçməyə üstünlük verir. Braziliyalı futbolçu bu mövsüm bütün yarışlarda 28 oyun keçirib, altı qol vurub və iki məhsuldar ötürmə edib. Yarımmüdafiəçinin “Mançester Yunayted”lə müqaviləsi bu yay başa çatır.

Aut.az