İngiltərə

“Yunayted” portuqal futbolçunu hədəfə aldı: Amorim şəxsən məşğuldur

“Mançester Yunayted” Portuqaliya millisinin və PSJ-nin sol cinah müdafiəçisi Nuno Mendeşlə maraqlanır.

Aut.az xəbər verir ki, futbolçunun transferi ilə ortaq agentlik vasitəsilə Mendeşlə əlaqə saxlayan “Yunayted”in baş məşqçisi Ruben Amorim şəxsən məşğul olur.

Maraqlıdır ki, PSJ müdafiəçi ilə müqaviləni uzatmaq istəyir. Bununla belə, Nuno Fransa klubunda qalmaq üçün heç bir addım atmır.

Bu mövsüm futbolçu bütün turnirlərdə 15 oyun keçirib. Onun iki məhsuldar ötürməsi və iki qolu var.

Nunonun müqaviləsi 2026-cı ilin yayında başa çatacaq.

Aut.az