İngiltərə

“Onunla niyə dalaşdınız” sualına belə reaksiya verdi

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola İngiltərə çempionatının 13-cü turunun oyunundan sonra “Liverpul”un hücumçusu (1:1) Darvin Nuneslə münaqişə barədə danışıb.

“O, məndən güclüdür. Heç nə olmadı. Bu məyusluq deyil. Mən çox xoşbəxtəm. Zəhmət olmasa, başqa sual verin”, – “Sky Sports” Qvardioladan sitat gətirib.

Xatırladaq ki, final fitindən sonra Nunes əvvəlcə Qvardiolanın əlini sıxmaq üçün ona yaxınlaşsa da, bundan dərhal sonra onlar emosional olaraq bir-birlərinə nə isə deməyə başlayıblar. “Liverpul”un baş məşqçisi Yurgen Klopp Nunesi Qvardioladan uzaqlaşdırıb.

Premyer Liqanın 13 turundan sonra “Mançester Siti” 29 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb. “Liverpul” isə 28 xalla üçüncü pillədədir.

Aut.az