Belə sevinə bilməzsən, ay azarkeş
Liverpul” – “Mançester Yunayted” oyunu zamanı meydançaya qaçan azarkeş polis tərəfindən saxlanılıb.
Aut.az xəbər verir ki, 16 yaşlı tərəfdar meydançaya girərək qolu bayram edən “Liverpul”un oyunçularına tərəf yönəlib. Lakin sürüşərək müdafiəçi Endryu Robertsonu yerə yıxıb. Stüardlar qaydanı pozan şəxsi meydandan çıxarıblar.
Futbolçusunun zədələnmə ehtimalını nəzərə alan Yurgen Klopp da həmin azarkeşə qəzəblənmişdi.
Fanat hüquq-mühafizə orqanları tərəfindən nəzarətə götürülüb. “Liverpul”dan bildirilib ki, onun günahı sübut olunsa, ömürlük stadiona buraxılmayacaq. Məhdudiyyət Premyer Liqanın bütün arenalarına şamil edilə bilər.
