İngiltərə

Bruyne bu klubdan təklif aldı: Əziz Kevin, yadındadır?

Kevin De Bruyne “Mançester Siti” ilə müqaviləsini yeniləməyəcəyini və mövsümün sonunda azad agent kimi klubdan ayrılacağını açıqlayıb.

Belçikalı 10 il əvvəl “Volfsburq”dan “Siti”yə keçib və bu müddət ərzində 16 kubok, o cümlədən 2023-cü ildə trebl qazanıb.

Aut.az xəbər verir ki, bukmekerlər hesab edirlər ki, Kevin karyerasını MLS-də davam etdirəcək, digər variant isə Səudiyyə Ərəbistanı çempionatıdır.

De Bruyne sosial şəbəkə vasitəsi ilə keçmiş klubundan – “Volfsburq”dan da təklif alıb.

“Əziz Kevin, yadındadır? On il əvvəl sən və mən? Yenidən bir araya gəlsək necə olar?”- “Vofsburq”un səhifəsində futbolçuya müraciət edilib.

Aut.az