İspaniyaİngiltərə

Flik onun “Barselona”ya transferinə razılıq verdi

“Mançester Yunayted”in hücumçusu Markos Reşford “Barselona”ya transfer oluna bilər.

Aut.az xəbər verir ki, bu barədə İspaniyanın AS nəşri məlumat yayıb.

Mənbənin sözlərinə görə, Kataloniya klubu “Atletik”dən Niko Uilyamsın transferinin baş tutmaması və “Liverpul”la Luis Diasın keçidi ilə bağlı aparılan ağır danışıqlar səbəbindən 27 yaşlı ingilis hücumçuya yönələ bilər.

Bildirilib ki, “Barselona”nın baş məşqçisi Hansi Flik bu keçidə razılıq verib. “Mançester Yunayted” isə Reşfordun transferindən təxminən 48 milyon avro qazanmaq istəyir.

Qeyd edək ki, Reşford ötən mövsümün ikinci yarısını icarə əsasında “Aston Villa”da keçirib. O, 17 oyunda 4 qol vurub və 6 məhsuldar ötürmə ilə yadda qalıb. Transfermarkt portalı onun dəyərini 50 milyon avro olaraq qiymətləndirir.

Aut.az