Ardıcıl 3-cü dəfə ən yaxşı seçildi
Cude Bellinqem oktyabr ayı üçün “Real”ın ən yaxşı oyunçusu seçilib.
Aut.az xəbər verir ki, ingilis yarımmüdafiəçi ardıcıl üçüncü dəfə azarkeşlər arasında keçirilən səsvermədə qalib olub.
20 yaşlı futbolçu oktyabrda Madrid klubunun heyətində ötən ay keçirdiyi 5 matçda 6 qol vurub və 1 məhsuldar ötürmə edib.
