İspaniya

Valverdenin oğlunun kumiri kimdir? – Atası deyil

“Real”ın yarımmüdafiəçisi Federiko Valverde böyük oğlunun sevimli oyunçusu olmadığını təəssüflə etiraf edib.

Aut.az xəbər veririk, uruqvaylının sözlərinə görə, onun övladı atasının “Real”da komanda yoldaşı Vinisius Juniorun fanatıdır.

“Oğlumun kumiri olduğumu demək istərdim, amma yox, belədeyil. Onun kumiri Vinidir. Oğlum matçlara məni yox, Vinisiusu görmək üçün gedir”, – deyə Valverdenin sözlərini “TNT Sports” yayıb.

Valverdenin iki oğlu var. Benisio 2020-ci ildə, Bautista isə 2023-cü ildə anadan olub.

Aut.az