“Qarabağ”ın qapıçısı Andrey Lunyevin maraqlarını təmsil edən Anton Smirnov Avropa Liqasının 1/8 final mərhələsində “Bayer”lə oyunun (2:2) nəticəsini şərh edib.
Aut.az xəbər verir ki, Smirnov bu barədə Championat.com-un müxbiri Vladimir Çetveriklə söhbətində danışıb.
“Qarabağ” – “Bayer” oyunundan sonra məyusluq var, çünki ilk hissədə əla oynadıq. İkinci hissədə, 60-cı dəqiqəyə qədər heç bir problem olmadı, “Bayer” üçün bir dənə də olsun təhlükəli an olmadı, “Qarabağ” ciddi və konsentrasiyalı müdafiə olundu. Ancaq sonra sahənin özlərinə aid hissəsinə lazımsız zərbə. Təbii ki, qol vurulandan sonra “Bayer” ruhlandı, Virts, Caka, Şik meydana çıxdı.
“Bayer”lə heç-heçəyə görə hər kəs məyusdur. Bu heç-heçəni məğlubiyyət kimi qəbul edirəm. Hesab 2:1 olarkən Juninyonun 100% şansı var idi. O, qol vursaydı, “Qarabağ” qələbə qazanacaqdı. Hazırda dünyanın ən yaxşı komandasına qarşı layiqli oyun. Kimin ağlına gələrdi ki, “Qarabağ” 2:0 öndə olacaq, “Bayer” məğlubiyyətdən xilas olacaq…
Andreyi iki qol buraxmaqda qınamaq olmaz. Bu oyunda qol buraxmamaq olardı. Ancaq belə bir maşından müdafiə olunmaq çətindir. Andrey yaxşı oynadı və heç bir səhvə yol vermədi. Amma mən bütün komandanı qeyd etmək istəyirəm. “Bayer”in məğlubiyyətsizlik seriyasını kəsə bilərdik. Təbii ki, Almaniyada çox çətin olacaq. Təəssüf. Tarixə düşmək əla olardı. Birinci hissədən sonra irəli getmək barədə fikirlər yarandı. Amma biz başımıza kül səpmirik”, – Smirnov bildirib.
Aut.az