Braziliya millisində şok itki: Amerika kubokunu buraxacaq
Braziliya millisinin və “Mançester Siti”nin qapıçısı Ederson Amerika Kubokunu buraxacaq.
Aut.az xəbər verir ki, bu barədə Braziliya Futbol Konfederasiyasının mətbuat xidməti məlumat yayıb.
“Tottenhem”lə oyundan (2:0) sonra qapıçının sağ göz orbitində sınıq diaqnozu qoyulub. Edersonun yerini “San Paulo”nun qapıçısı Rafael tutacaq.
Qeyd edək ki, Kopa Amerika turniri iyunun 20-dən iyulun 14-dək ABŞ-da keçiriləcək.
Aut.az
