Dünya futbolu

Şok iddia: Məşhur klub əzəli rəqibinə belə badalaq vurur

Ukraynalı jurnalist İqor Burbas “Dinamo” rəhbərliyinin Ukrayna Premyer Liqasının matçlarında “Şaxtyor”un rəqiblərini hansı məbləğlərlə motivasiya etdiyini açıqlayıb.

Aut.az xəbər verir ki, Burbas bu barədə sosial şəbəkədə yazıb.

“Mənə təsdiq etdilər ki, “Dinamo” “Şaxtyor”un rəqiblərini stimullaşdırır. Mən əvvəllər Donetsk komandası üzərində qələbə üçün üç milyon qrivna verdikləri barədə məlumat səsləndirmişdim. Heç-heçə üçün, belə çıxır ki, bir milyon yarımdır. Bundan əlavə, “Dinamo” “Şaxtyor”u pis stadiona sürükləmək kimi müəyyən variantlar da təklif edir”, – Burbas deyib.

Bu mövsüm “Dinamo” UPL turnir cədvəlində birinci yerdədir. Aleksandr Şovkovskinin komandası 17 oyundan sonra 43 xal toplayıb. “Şaxtyor” 16 oyundan sonra 33 xalla üçüncü pillədə qərarlaşıb.

Aut.az