Dünya futbolu

Şevçenkodan rəhbəri olduğu federasiyaya jest

UAF prezidenti Andrey Şevçenko və vitse-prezident Aleksandr Şevçenko bu qurumla əmək müqaviləsi imzalayıblar.

Aut.az xəbər verir ki, müqaviləyə rəğmən hər iki funksioner federasiyadan maaş almayacaqlar. Onlar bundan imtina ediblər. Onlar büdcəsi əvvəlki rəhbərlik tərəfindən korrupsiyaya məruz qaldığı büdcədən məvacib almağı düzgün hesab etməyiblər.

UAF-ın bundan sonrakı zaman üçün təsdiq edilmiş büdcəsində əsas pay FİFA və UEFA-dan olacaq. Eyni zamanda Gənclər və İdman Nazirliyi Ukraynanın Olimpiya milli komandasının Parisdə keçiriləcək yarışa hazırlığı və iştirakı üçün lazım olan vəsaiti qarşılayacaq.