Ötən həftə Kərim Benzema “Real”dan ayrılaraq rəsmi olaraq “Əl-İttihad”a transfe olundu. Fransa millisinin üzvü yeni klubu ilə müddəti 2026-cı ilə qədər olan müqavilə imzaladı.
Benzemanın Səudiyyə Ərəbistanına transferi birmənalı qarşılanmadı. Hər kəs məsələyə müxtəlif aspektlərdən yanaşır. Bizə isə onun keçidini müzakirə etmək fikrində deyilik. Əksinə, Kərimin yaxın üç ildə yaşayacağı şəhərlə tanış olmaq imkanı yaradırıq.
“Əl-İttihad”ın təmsil etdiyi Ciddə Səudiyyə Ərəbistanının qərbində yerləşən liman şəhəridir. Ölkənin paytaxt Ər-Riyaddan sonra ikinci ən böyük şəhəridir. Əhalisinin sayı 4 milyon nəfərdir
Dünyanın ən məhşur “Formula 1” treklərindən biri burada, düz Qırmızı dəniz sahilində yerləşir. Həmin trekdə ilk yarış 2021-ci ildə baş tutub.
Şəhər yalnız cənub və ya şimal istiqamətlərdə böyüyür. Çünki qərbdə Qırmızı dəniz, şərqdə isə Hicaz dağ silsiləsi ilə həmsərhəddir. Ciddə memarlığı bir çox üslubu özündə birləşdirir. İslam və şərq dəyərləri özünü bir sıra məqamlarda açıq şəkildə göstərir.
\
Əsas görməli yerlərdən biri Məkkə qapısıdır. Müqəddəs torpaqlara gedən yol məhz buradan başlayır.
Bu, sakit və köhnə Ciddə şəhəridir. Şəhərin tarixi mərkəzi 2014-cü ildə UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib. Biznes mərkəzinə yaxın olan hissədə həyat daha aktiv şəkildə cərəyan edir.
Kərim Benzema ilk olaraq bu binanı görüb – “Kral Əbdüləziz Beynəlxalq Hava Limanı”. Bu liman ildə 41 milyon sərnişinə xidmət göstərir. Bura Səudiyyə Ərəbistanının üçüncü ən böyük və işlək hava limanıdır.
Fotoda gördüyünüz arenada isə Kərim futbol oynayacaq. “Əl-İttihad” 2014-cü ildən bəri “Kral Abdullah” stadionunu “Əl-Əhli” ilə bölüşür. İdman qurğusu 62 241 tamaşaçı tutumuna malikdir. Bu, Ciddədəki birinci, ölkədə isə ikinci ən böyük arenadır. Yalnız paytaxtda yerləş Kral Fəhd Beynəlxalq Stadionundan (67 min nəfər) geri qalır.