Mbappe sükutu pozdu: PSJ-yə məktub göndərib
Kilian Mbappe PSJ-dən ayrılacaq.
Aut.az xəbər verir ki, bu barədə 25 yaşlı hücumçunun özü AFP agentliyinə açıqlamasında deyib. Fransa millisinin üzvü məsələ ilə klub rəhbərliyini məlumatlandırdığını bildirib.
“PSJ ilə müqavilənin yenilənməsini heç vaxt müzakirə etməmişəm. Hələ ötən il iyulun 15-də kluba qərarım barədə məlumat verilib. İndi göndərilən məktub yalnız onlara dediklərimi təsdiqləmək üçün nəzərdə tutulub”.
Qeyd edək ki, Kilian Mbappe PSJ ilə müqavilə iyinin 30-da başa çatacaq.
