Boks

Fyurinin məğlubiyyətini belə “bəzədi” – İngilis yumoru?

İki çəki dərəcəsində keçmiş UFC çempionu Konor Makqreqorla dostluğu ilə məşhur olan qarışıq döyüş növləri üzrə döyüşçü Dillon Danis ağır çəkidə mütləq dünya çempionu titulu uğrunda döyüşdə Tayson Fyurinin ukraynalı Aleksandr Usikə məğlubiyyətini dəyərləndirib.

Aut.az xəbər verir ki, Danis bu barədə “İnstaqram”da paylaşım edib.

“Tayson Fyurinin ürəyini yoxlamaq lazımdır. Dəlicəsinə yıxılmadı. Əsl çempion ürəyi”, – Denis yazıb.

Xatırladaq ki, Tayson Fyuri hakimlərin yekdil olmayan qərarı ilə Usikə məğlub olub.

Aut.az