Azərbaycan futbolu

“Qarabağ” Türkiyədə 5-ci oldu

Antalyada keçirilən “Junior World Cup” yarışı başa çatıb.

Aut.az xəbər verir ki, turnirdə “Qarabağ”ın U-9 komandası da mübarizə aparıb.

Qrup mərhələsində “Karagümrük” (1:0) və “Antalya Karması”na (2:0) qalib gələn təmsilçimiz “Kentyldız” (1:2) və “Torbalıgücü” (2:5) komandalarına məğlub olub.

Şöhrət Yusifovun yetirmələri daha sonra “Göktürk Saray”ı 4:1 hesabı ilə üstələyərək 5-ci yer uğrunda görüşə vəsiqə qazanıb. Həlledici matçda isə “Qarabağ” “Gönyeli”ni darmadağın edib – 4:0.

Nəticədə Ağdam təmsilçisi 15 komanda arasında 5-ci olub.

Aut.az