Boks

Əl-Şeyx üsyan etdi: Artıq bunu görmək istəmirəm

Səudiyyə Ərəbistanının Baş Əyləncə İdarəsinin rəhbəri Turki Əl-Şeyx 15 raundluq döyüşlərin boksa qaytarılması ilə bağlı fikirlərini bölüşüb.

Aut.az xəbər verir ki, ərəb nazir bu sözləri deyib:

“Mən bu fikri dəstəkləmirəm. Bunu daha boksda görmək istəmirəm, çünki bu, boksçuların sağlamlığı üçün pisdir. Boksçular üçün 12 raund da ağırdır, qalmışdı ki, 15 raund olsun. 15 raundluq döyüşə icazə verilməməlidir”.

Qeyd edək ki, 70-80-ci illərdə döyüşlər 15 raunddan ibarət idi. Lakin sonradan nüfuzlu boks təşkilatları hissələrin sayı 12-yə endirdilər.

Aut.az