Kateqoriyasız

“Qarabağ”da gözlənilməz ayrılıq: “Neftçi”yə keçir

“Qarabağ”da növbəti ayrılıq reallaşmaq üzrədir.

Aut.az-ın əldə etdiyi məlumata görə, vitse-kapitan Qara Qarayev “köhlən atlar”dan ayrılır. Futbolçu karyerasını “Neftçi”də davam etdirəcək.

“Ağ-qaralar” uzun sürən danışıqlardan sonra həm 30 yaşlı yarımmüdafiəçi, həm də Ağdam təmilçisi ilə razılığa gəlib.

"Qarabağ"da gözlənilməz ayrılıq: "Neftçi"yə keçir

Qaranın “Neftçi”ni seçməsində böyük sahibi yaxın dostu Emin Mahmudov olub. “Ağ-qaralar”ın kapitanı Rusiyada olarkən telefonla, Bakıya qayıtdıqdan sonra görüşərək həmkarı ilə söhbət edib və onu razı salıb.

Qarayev “Neftçi” ilə 2+1 illik müqavilə imzalayacaq. Onun illik məvacibi 300 min manat olacaq. Transfer “Neftçi”nin UEFA Konfrans Liqasının II təsnifat mərhələsindəki ilk oyununa qədər açıqlanacaq.